Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Türkiyənin xarici işlər nazirləri Antalyada görüşəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Rusiya və Türkiyənin xarici işlər nazirləri Antalyada görüşəcəklər

Rusiya və Türkiyənin xarici işlər nazirləri Antalyada görüşəcəklər


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün iyunun 30-da Antalyaya səfər edəcək.

Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəlikdə duran aktual məsələləri müzakirə edəcəklər.

Məlumatda bildirilir ki, dünyada mürəkkəb sanitar-epidemioloji vəziyyətə baxmayaraq, Rusiya-Türkiyə siyasi dialoqu yüksək intensivliyi ilə xarakterizə olunur. İlin əvvəlindən bəri Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan altı dəfə telefonla danışıb, həmçinin “Akkuyu” AES-in üçüncü enerji blokunun inşasının başlanması mərasimində videokonfrans formatında iştirak ediblər. İki ölkə XİN-ləri arasında sıx əlaqələr qurulub.

Antalyada danışıqlar zamanı Cənubi Qafqazda, Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda, Ukraynada, Mərkəzi Asiyada, Şərqi Aralıq dənizi və Qara dəniz regionlarındakı vəziyyət müzakirə ediləcək.

Suriya münaqişəsinin siyasi nizamlanmasının gedişatı, Liviyadakı vəziyyətin inkişaf perspektivlərinin də ətraflı müzakirəsi planlaşdırılır.

Görüşdə ikitərəfli ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi yollarına, yüksək texnologiyalı sahələrdə, o cümlədən hərbi texniki əməkdaşlıqda kooperasiyanın genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacaq.

Geri dön