Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BDU: Ötən gün 291 qrup üzrə 6 min 123 tələbə imtahan verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > BDU: Ötən gün 291 qrup üzrə 6 min 123 tələbə imtahan verib

BDU: Ötən gün 291 qrup üzrə 6 min 123 tələbə imtahan verib


Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn davam edir.

BDU-dan bildiriblər ki, ötən gün 291 qrup üzrə 6 min 123 tələbə (481 nəfəri “SABAH” qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 198 tələbə imtahanlarda iştirak edib.

İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edirlər. İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Sessiya iyulun 2-dək gün ərzində iki növbədə davam edəcək.

Geri dön