Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır

Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır


Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına musiqi sənəti üzrə qabiliyyət imtahanları başlanır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qabiliyyət imtahanları iyulun 1-dən etibarən Bakı şəhərində Bülbül adına orta ixtisas məktəbində Əhməd Cavad küçəsi 9 ünvanında keçiriləcək.

Bakıda fəaliyyət göstərən qabiliyyət imtahanı komissiyaları (QİK) öz fəaliyyətlərini yekunlaşdırdıqdan sonra musiqi sənəti üzrə bölgələrdə fəaliyyət göstərən komissiyalar işə başlayacaq.

Abituriyentlər imtahana gəlməzdən əvvəl buraxılış vərəqələrini və proqram formasını çap etməli və imtahanda ifa edəcəkləri əsərləri bu formaya yazaraq komissiyaya təqdim etməlidirlər.

Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən QİK-lər üzrə imtahan verəcək abituriyentlər imtahan binasına əvvəlcədən qeydiyyatdan keçmiş və buraxılış vərəqəsi olan konsertmeysterləri ilə gəlməlidirlər. Buraxılış vərəqəsi olmayan konsertmeysterlər imtahana buraxılmayacaq.

Geri dön