Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Bölgədə yaranan yeni reallıqlar fonunda bütün şərtləri Azərbaycan diktə edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Bölgədə yaranan yeni reallıqlar fonunda bütün şərtləri Azərbaycan diktə edir

Fərəc Quliyev: Bölgədə yaranan yeni reallıqlar fonunda bütün şərtləri Azərbaycan diktə edir


“Vətən müharibəsindən sonra regionda vəziyyət qalib Azərbaycanın lehinə dəyişib. Bölgədə yaranan yeni reallıqlar fonunda bütün şərtləri Azərbaycan diktə edir”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, regionda uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir: “Ədalətli sülh müqaviləsinin imzalanması üçün Ermənistan qalib tərəfin şərtlərini qəbul etməlidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə açıqladığı şərtlər də bu baxımdan mühüm önəm kəsb edir. Bu şərtlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan tələblərdən ibarətdir. Buna görə də Azərbaycanın ayrılmaz tərkib hissəsinə hansısa ad qoyub, onun ölkəmizə məxsusluğunu şübhə altına almaq, ən əsası da “Dağlıq Qarabağ” ifadəsini işlətmək yolverilməzdir”.
F.Quliyev deyib ki, Azərbaycan Prezidentinin digər bir şərti isə Ermənistanın qonşularına qarşı ərazi iddialarından əl çəkməsi yönündədir: “Dövlət başçısı Ermənistan üçün ən düzgün yolun Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçdiyini vurğuladı. Əgər Ermənistan bu əsassız iddialardan əl çəkib normal qonşuluq münasibətləri yaratsa, bölgədə qonşuları ilə bütün sahələrdə əməkdaşlıq imkanları qazana və nəqliyyat-kommunikasiya layihələrində də iştirak edə bilər”.

Qaşqay RAMAZANOV/Yeni Azərbaycan

Geri dön