Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub


Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb.

Qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə baş tutub. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Avropa çempionatına qatılan millimiz uğurlu çıxışla azarkeşləri sevindirib. Belə ki, güləşçilərimizdən dördü fəxri kürsüyə qalxıb. Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci pillədə qərarlaşıblar.

Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi. Komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı.

Geri dön