Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib

Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib


Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin Xoxon qəzası Taliban terrorçularının nəzarətinə keçib

Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Əfqanıstan ordusunun 94 hərbçisi həyatlarını xilas etmək üçün Tacikistan ərazisinə yaxınlaşıb və tacik sərhədçiləri onların “Şoxon” sərhəd zastavasından ölkə ərazisinə girməsinə icazə verib.

Tacikistan sərhədçilərinin nümayəndəsi yerli jurnalistlərə deyib ki, əfqan hərbçiləri ölkə ərazisinə buraxılmasaydı, onların hamısı Taliban terrorçuları tərəfindən öldürüləcəkdi. O bildirib ki, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olsa da, nəzarəti bir an da olsa əldən vermirik.

Geri dön