Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tovuzda ilk dəfə Avropa sort moruğunun kütləvi yığımına başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Tovuzda ilk dəfə Avropa sort moruğunun kütləvi yığımına başlanılıb

Tovuzda ilk dəfə Avropa sort moruğunun kütləvi yığımına başlanılıb


Tovuzda ilk dəfə Avropadan gətirilmiş moruq sortunun kütləvi becərilməsinə başlanılıb. Ötən il əkilən tinglərdən bu yay artıq məhsul götürülür.

Tovuzlu fermer İlqar Səmədov moruq bağından məhsul yığımına başlayıb. Görünüşü qara tuta bənzər olsa da, yerli moruq qədər dadlı olan bu giləmeyvənin budaqları həm də tikansızdır. Əziyyəti az, gəliri çox bitkidir. Polşadan gətirilən və “Naçes” adlanan bu meyvəni tovuzlu fermer rayonda kütləvi olaraq keçən ildən əkdiyini deyir.

Bu il meyvə verən tinglərin məhsuldarlığına isə söz ola bilməz... təkcə bir giləsi 20-30 qrama qədər olur. Fermer bu moruqların suvarılmasını isə damla sistemi quraşdırmaqla təmin edib. Bununla da həm suya qənaət edildiyini, həm də yaxşı suvarıldığını deyir. Bir moruq kolu 3-4 kiloqrama qədər meyvə verir. Satışında da fermer çətinlik yaşamır. “Alıcı barədə heç bir çətinliyimiz yoxdur. Gəlib elə bağdan alıb, bazarlarda satırlar. Qiymət 3-5 manat arasıdır. Meyvə dərimi qurtaran kimi, bu il meyvə gətirən budaqlarını kəsəcəyik. Bunun dibindən yeni zoğlar qalxacaq. Onları saxlayacağıq, onlar gələn il meyvə verəcək. Əgər köhnə budağı saxlasan, ikinci il bu budaq həmin effekti vermir”, – deyə fermer İlqar Səmədov bildirib.

Yığım 20-25 gün davam edəcək. Sifarişlər olduqca yığılıb qablaşdırılır. Xarab olmasın deyə sərin yerdə saxlanır. Moruq ağacının öz məhsuldarlığını qoruyub saxlaması üçün isə fermer lazımi metodlardan, aqrotexniki qulluqdan istifadə edirlər.

Tikansız və iri dənələri ilə seçilən bu Avropa sortu moruqlarının becərilməsində fermer aqronomların məsləhətindən mütəmadi istifadə edir. Bir moruq tinginə təxminən hər suvarılmada 7 litrə qədər su sərf olunur. Moruq bağında demək olar ki, bütün işlər əl əməyi vasitəsilə görülür.

Moruğun budaqlarının 2 metrdən çox uzanmasına imkan verilmir. Məhsuldar olması üçün hündürlüyü stabil qaydada saxlanır. Artıq qısa müddətdə 3-cü dərimi gedən moruq kollarının özündən yeni məhsuldar tinglər də əldə edirlər. Bu tingləri həm özləri istifadə edir, həm də satışını həyata keçirirlər.

Geri dön