Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsinə 20 min hərbçi cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsinə 20 min hərbçi cəlb olunub

Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsinə 20 min hərbçi cəlb olunub


Tacikistan Prezidenti Emamali Rahmon Əfqanıstanla sərhədin gücləndirilməsi üçün daha 20 min hərbçinin Tacikistan-Əfqanıstan sərhədinə göndərilməsinə göstəriş verib.

Emamali Rahmon Tacikistan-Əfqanıstan sərhədində siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə bağlı respublika Təhlükəsizlik Şurasının üzvlərinə, güc strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dövlətin və xalqın təhlükəsizliyinin qorunması üçün sərhəddə konkret tədbirlər həyata keçirilməsini tapşırıb.

Prezident həmçinin dövlət sərhədinin etibarlı qorunması, baş verə biləcək hər cür təhlükənin, transmilli cinayətkarlığın, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin reallaşması üçün də göstəriş verib.

Geri dön