Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müryel Peniko: Reza Deqatinin fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Müryel Peniko: Reza Deqatinin fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur

Müryel Peniko: Reza Deqatinin fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur


Reza Deqatini uzun illərdir tanıyıram. Bu gün onun fotolarından ibarət sərgi məni çox təsirləndirdi. O, fotoları vasitəsilə insanları əlaqələndirir, birləşdirir. Fotoları əsasən müharibə zonalarından çəkilib. Reza sülh axtarışındadır. Hər şeydən əvvəl onu sülh maraqlandırır.

Bu fikirləri müsahibəsində Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında səfiri, sabiq əmək naziri Müryel Peniko deyib.

Bildirib ki, Rezanın çox zəngin fəaliyyəti, zəngin təcrübəsi var. O, nəhəng layihələr həyata keçirir: “Onun fotolarının əks etdirdiyi humanizm, fotoların mənalılığı məni çox təsirləndirir. Reza fotoları vasitəsilə insanların, xalqların öz aralarında bir-birini başa düşməsinə töhfə verir. Onun fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur. Bu gün Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var. Həmişə olduğu kimi, bu sərgini də böyük məmnuniyyətlə seyr etdim. Fotoların dili ilə ölkələrin reallıqları ilə tanış oldum”.

Geri dön