Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FHN: Ötən sutka qeyri-çimərlik ərazilərdə batan üç nəfərin meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > FHN: Ötən sutka qeyri-çimərlik ərazilərdə batan üç nəfərin meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib

FHN: Ötən sutka qeyri-çimərlik ərazilərdə batan üç nəfərin meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 93 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində iki nəfər xilas edilib. Həmçinin qeyri-çimərlik ərazilərdə - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun, Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun və Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Geri dön