Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölü hövzəsində yağıntının miqdarı azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölü hövzəsində yağıntının miqdarı azalıb

Urmu gölü hövzəsində yağıntının miqdarı azalıb


Baş direktor iyulun 7-də “İrna” xəbər agentliyinə verdiyi müsahibədə cari yağış ilində Urmu gölü su hövzəsinə 144.8 milimetr yağıntı düşdüyünü deyib.

Həbib Əbdüli bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 33%, uzun müddətli dövrlə müqayisədə isə 36% azaldığını qeyd edib.

O, meteoroloji stansiyalardan alınan məlumatlara əsaslanaraq bu il Qərbi Azərbaycan əyalətinə düşən toplam yağıntı miqdarının 236.4 milimetr olduğunu, bunun ötən ili eyni dövrü ilə müqayisədə 35%, uzun müddətli dövr ilə müqayisədə isə 29% azaldığını bildirib.

H.Əbdüli carı yağış ilində əyalətin ən çox yağıntı düşən bölgəsinin 475.6 milimetr yağıntı ilə Sərdəşt mahalı olduğunu və ən az yağıntı düşən bölgənin isə 154.8 milimetrlə Çaldıran mahalı olduğunu qeyd edib.

O, Çaldırana düşən yağıntı miqdarının öncəki illərə nisbətən ortalama 53% az olduğunu diqqətə çatdırıb.

Meteorologiya İdarəsinin baş direktoru əlavə edib ki, may ayında olan temperatur və yağıntı göstəricilərinə əsasən cari ildə havaların şiddətli isti keçəcəyi, yağışntıların azalacağı və mövcud suların buxarlanması nəticəsində su ehtiyatlarının tükənəcəyi proqnozlaşdırılırdı.

Həbib Əbdüli bildirib ki, Poldəşt, Bukan, Sayınqala, Xoy, Qoşaçay, Soyuqbulaq, Tikantəpə, Urmu, Üşnü, Makı və Çaldıran bölgələrindəki aktiv meteoroloji stansiyalardan alınan statistik məlumatlar, əvvəlki illərdən fərqli olaraq bu ilin iyun ayında adı çəkilən bölgələrin istilik rekordlarını qırdığını göstərir.

H.Əbdülinin bildirdiyinə görə, Qərbi Azərbaycan əyalətinin Meteorologiya Baş İdarəsi 145-dən çox beynəlxalq meteoroloji, sinoptik, avtomatik, klimatoloji, kənd təsərrüfatı meteorolojisi, hava limanı meteorolojisi sistemi və yağış ölçmə stansiyasına malikdir.

Qeyd edək ki, son həftələr Qərbi Azərbaycan əyalətinin bəndlərində su ehtiyatı azalıb.

İki gün öncə mətbuata açıqlama verən əyalətin Regional Su Şirkətinin icraçı direktoru Yasir Rəhbərdin hal-hazırda Ərdəbilin bəndlərində mövcud olan su həcminin 1035 milyon kubmetr olduğunu, bunun ötən ilin müvafiq dövründə 1318 milyon kubmetr olduğunu və bir ildə 21% azalma qeydə alındığını deyib.

Geri dön