Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın baytar mütəxəssisləri Türkiyədə təlimə cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın baytar mütəxəssisləri Türkiyədə təlimə cəlb olunub

Azərbaycanın baytar mütəxəssisləri Türkiyədə təlimə cəlb olunub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə özəl baytarlıq xidmətinə keçid prosesinə start verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, hazırda baytar həkimlərin özəl xidmət fəaliyyətinə hazırlanması istiqamətində müvafiq işlər görülür.

Bununla bağlı nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir. Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində cari ilin 1-31 iyul tarixlərində nazirliyin 10 əməkdaşı Türkiyədə təlimə göndərilib.

AKİA-dan verilən məlumata görə, təlim müddətində diaqnostik kabinetlərdə 4 istiqamət (toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji) üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi və sonrakı mərhələdə lazımi profilaktik tədbirlərin görülməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.

Türkiyədə təşkil olunan bu təlimlər əməkdaşların bilik və bacarıqlarını artırmaqla, fermerlərin müraciətlərinə uyğun heyvan və heyvan mənşəli məhsulların laborator analizlərinin mümkün qısa müddət ərzində aparılmasına və dəqiq diaqnoz müəyyənləşdirməyə imkan yaradacaq. Təlimi başa vuran mütəxəssislər Azərbaycana qayıtdıqdan sonra qazandıqları bilik və bacarıqları burada tətbiq edəcəklər. Eyni zamanda, bu təlimlər ölkədə heyvandarlığın inkişafına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək.

Geri dön