Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada Yunus Əmrənin həyat və fəaliyyətinə həsr olunan simpozium işə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ankarada Yunus Əmrənin həyat və fəaliyyətinə həsr olunan simpozium işə başlayıb

Ankarada Yunus Əmrənin həyat və fəaliyyətinə həsr olunan simpozium işə başlayıb


Türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada “Beynəlxalq türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda simpozium təşkil olunub.

Əvvəlcə “Yunus Əmrə-gəl gör məni” rəsm sərgisinin açılışı olub.

Simpoziumun rəsmi açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Türk dili qurumunun rəhbəri Gürer Gülsevin, Yunus Əmrə İnsititutunun başqanı Şərəf Atəş, Atatürk Kültür, Dil və Tarix ali qurumunun başqanı Muhammət Həkimoğlunun çıxışları dinlənilib.

Üç gün davam edəcək simpoziumda görkəmli alimlər böyük filosofun həyat və fəaliyyətinə dair müzakirələr aparacaqlar.

Geri dön