Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstanda sülhün bərqərar olması məsələsi müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Əfqanıstanda sülhün bərqərar olması məsələsi müzakirə edilib

Əfqanıstanda sülhün bərqərar olması məsələsi müzakirə edilib


Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin Tacikistanda keçiriləcək görüşü çərçivəsində Pakistan xarici siyasət idarəsinin rəhbəri Şah Mahmud Kureyşi əfqanıstanlı həmkarı Məhəmməd Hənif Atmarla görüşüb.

Tacikistan mətbuatına istinadla xəbər verir ki, görüşdə “Taliban” hərəkatının qonşu dövlətlərin sərhədlərinə yaxınlaşması, bəzi hissələrə nəzarət etməsi, Əfqanıstanda sülhün və sabitliyin yaradılması və digər məsələlər müzakirə olunub.

Şah Mahmud Kureyşi siyasi sabitliyin əldə olunması üçün danışıqların davam etdirilməsinə, münaqişə tərəflərini yaranan tarixi şansı əldən verməməyə, Əfqanıstanın bütün ərazisində atəşkəs əldə olunmasına çağırıb.

Pakistanlı nazir vurğulayıb ki, “Taliban” hərəkatının qonşu dövlətlərin ərazisinə yaxınlaşması və təxribatçı hərəkətlərə yol açması Əfqanıstanda sülhün əldə olunmasının qarşısına sədd çəkir.

Geri dön