Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Quzey Azərbaycan və İran adlanan ölkə arasında azad ticarət zonası yaradılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, İqtisadiyyat > Quzey Azərbaycan və İran adlanan ölkə arasında azad ticarət zonası yaradılır

Quzey Azərbaycan və İran adlanan ölkə arasında azad ticarət zonası yaradılır


Dekabrın 9-da Təbriz şəhərində İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovla görüşüb.

“Fars” xəbər agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında azad ticarət zonasının yaradılması ilə bağlı razılıq əldə olunub. Belə ki, İranla Azərbaycan arasında “Araz” azad ticarət zonasının yaradılması üçün hazırlıqlara başlanılması, müvafiq sənədin hazırlanması və gələcəkdə iki ölkənin rəsmiləri tərəfindən imzalanması qərara alınıb.

Görüşdə həmçinin İranla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.

Geri dön