Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gəncədə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir

Gəncədə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir


Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 30 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

Geri dön