Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsi öyrənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsi öyrənilir

Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsi öyrənilir


Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Ankara şəhərində işgüzar səfərdə olub.

Agentlikdən bildirilib ki, səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçiriləcək əməkdaşlıq layihələri müzakirə edilib. Peşə təhsil müəssisələrinin idarəolunması, tədrisdə keyfiyyət təminatı və peşə məktəblərində istehsal və xidmətin təşkili mexanizmləri ilə yerində tanışlıq olub. Peşə təhsil müəssisələrində dayanıqlı maliyyə modelinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyəti Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ankara Milli Təhsil İdarəsində görüşlər keçirib, qabaqcıl peşə təhsil müəssisələrində olub.

Geri dön