Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Kirman əyalətində silahlı qarşıdurma: 3 polis ölüb, yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Kirman əyalətində silahlı qarşıdurma: 3 polis ölüb, yaralananlar var

İranın Kirman əyalətində silahlı qarşıdurma: 3 polis ölüb, yaralananlar var


Hadisə iyulun 14-ü yerli vaxtla günortadan sonra saat 16:00-da baş verib.


Bildirilir ki, Kəhnuc şəhərinə yaxın ərazidə reyd keçirən polis qüvvələri ilə narkotik maddə qaçaqmalçıları arasında silahlı qarşıdurma yaranıb.


Atışma nəticəsində polis əməkdaşları Nasir Boşnam, Nizam Tacik və Müslüm Bənavənd aldıqları güllə yarasından yerindəcə keçinib, 2 polis isə ağır yaralanıb.


Yaralı polislər xəstəxanaya çatdırılıb. Hazırda onların səhhətinin qənaətbəxş olduğu bildirilir.


Məlumata əsasən, qarşıdurma zamanı yaraqlı narkotik qaçaqmalçılardan biri polis tərəfindən öldürülsə də, dəstənin digər üzvləri hadisə yerindən qaça biliblər.

Geri dön