Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda uşaqlar arasında koronavirusa yoluxma halları artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda uşaqlar arasında koronavirusa yoluxma halları artıb

Gürcüstanda uşaqlar arasında koronavirusa yoluxma halları artıb


Gürcüstanda uşaqlar arasında koronavirusa yoluxma halları artıb. Klinikalarda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq var. Onların arasında “delta” ştamına yoluxanlar da var.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze məlumat verib.

Xəstəxanalarda əlavə uşaq çarpayılarının qoyulacağını vurğulayan nazir valideynlərə müraciət edərək deyib: “Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu tibbi maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır”.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində ölkədə daha 1398 nəfərin koronavirus testi pozitiv nəticələnib, 11 ölüm halı qeydə alınıb.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 382 min 734-ə, ölənlərin sayı isə 5503-ə çatıb. Bu günə olan aktiv xəstə sayı 14 min 714 nəfərdir.

Geri dön