Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini göndərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycan COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini göndərib

Azərbaycan COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini göndərib


Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti iyulun 16-da Daşkənddə keçiriləcək “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində nümayəndə heyəti ölkəmizdən Özbəkistana 50 min doza “AstraZanesa” vaksinini çatdırıb.

Vaksinlər hava limanında Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Vaksinin özbək tərəfinə təhvil verilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Geri dön