Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Altı ayda 75,6 milyon dollarlıq polietilen ixraca göndərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Altı ayda 75,6 milyon dollarlıq polietilen ixraca göndərilib

Altı ayda 75,6 milyon dollarlıq polietilen ixraca göndərilib


Yanvar-iyun aylarında Azərbaycandan 65,6 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 75,6 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin eyni aylarında 47,3 milyon dollarlıq 74,1 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub

Geri dön