Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib

“Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib


22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb.

Milli Arxiv İdarəsindən bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub.

Geri dön