Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""

Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""


"Ən böyük məsələ millətin dövlətləşməsidir"

Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
... Var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı..."


İran rejiminin Güney Azərbaycanda yaşayan həmvətənlərimiz, soydaşlarımız üçün süni olaraq yaratdığı problemlər artdıqca ona adekvat tədbirlər, münasibətlər də artır. Ölkəmizlə bağlı öz planlarını reallaşdırmaq, Güney Azərbaycanın özünün ən geridə qalmış hissəsi kimi saxlamaq rəsmi Tehranın başlıca məqsədlərindən biridir. Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevlə söhbətimizdə məhz bu mövzulara toxunduq:



"Deməli, bu, müstəqil dövlət qurmağı bacaran xalqdır"

- Artıq hər kəs bunu həqiqət kimi qəbul edir ki, Azərbaycanı bölmək üçün mütəmadi olaraq insanları bölməyə çalışıblar. Bu cür bölünmənin kökündə isə problemcə bölünmə durur. Yəni istəyirlər ki, Güney Azərbaycanın problemi güneylininki olsun, Borçalıdakı soydaşlarımızın problemi orada yaşayan həmvətənlərimizin problemləri kimi qəbul olunsun. Bunu önləmək üçün siyasətdə hədəfə doğru maneələr düzümünü bilməliyik. Həmin maneələr düzümünü aşmaq üçün taktikanı müəyyənləşdirməliyik. Takiki üsullardan biri düşmənlərin taktikasına qarşı inadla dayanmaqdır. Buna görə də biz Güney Azərbaycanda baş vermiş və bundan sonra baş verəcək hadisələri özümüzün halımız kimi qəbul etməli və ona münasibətimiz mütləq formalaşmalıdır. Yəni problemləri ümumiləşdirmək, onlara münasibətimizi əks etdirdikdən sonra buna doğru addımlamaq, aradan qaldırmağın həlli yollarını tapmaq lazımdır. Bu gün (dünən) simvolik bir gündür, Güney Azərbaycanda yaşayan soydaşlarımız öz istiqlaliyyətlərini qazanıblar. Hərçənd, qısa zaman ərzində formalaşmış dövlət olub. Amma bu o deməkdir ki, xalqımız özünün bölünmüş ərazilərində dəfələrlə dövlət qurmağa nail olubdusa, deməli bu, müstəqil dövlət qurmağı bacaran xalqdır. Ən böyük məsələ millətin dövlətləşməsi məsələsidir. Təbii, bizim dövlətimiz var. Amma bütövləşəndən sonra dövlətləşmək, onun tarixi-coğrafi ərazisində bütöv Azərbaycan qurmaq üçün Vətənimizin bölünmüş hissələrində baş verən hadisələrə biganə qalmaq olmaz. Bu günün böyük önəmi var. O, təkcə anım günü deyil. Anırıq, həm də onu gələcəyə çağırış kimi qeyd edirik. Bundan sonra Güneydə gedən Milli Azadlıq Hərəkatına Azərbaycan türklərinin hamısının dəstək verməsi təmin etməliyik. Mən həmişə o fikirdə olmuşam və bu gün də həmin fikirdəyəm ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur, var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı. Həmin hərəkat olub, davam edib və Əbülfəz Elçibəyin liderliyi ilə Quzey Azərbaycanda müstəqil dövlət qurmaqla tamamlanıb. Bundan sonrakı dönəmdəki ikinci mərhələ Güney Azərbaycanın istiqlalıdır. Oradakı soydaşlarımızın fəallıqlarına baxmayaraq, biz də bu hərəkata öz dəstəyimizi verməliyik. Həmin nöqteyi-nəzərdən bu tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz Milli Dirçəliş Hərəkatı Partiyası departamentlik institutu yaratmışıq. Bu, Azərbaycanda analoqu olmayan təşkilatdır. Yəni partiyamızın Borçalı, Dərbənd, Qərbi Azərbaycan, Güney Azərbaycan, Bakı və Ətraf Kəndlər departamentləri fəaliyyət göstərir. Güney Azərbaycane departamenti bu gün (dünən) bu tədbiri təşkil etməklə, həm də təşkilaiımızın məsələlərə münasibətini ortaya qoyur. Bu, bütövləşmə yönümündə səy göstərən, qüvvələrlə, digər təşkilatlarla, fərdlərlə həmin istiqamətdə gələcəkdə də əməkdaşlığımızın olacağına dair mesajdır. Tam əminliklə deyirəm ki, bu gün (dünən) simvolik günü qeyd ediriksə, çox qısa zaman ərzində Güney Azərbaycanda da müstəqil dövlətin qurulacağını, bir müddət sonra isə Azərbaycanın bütövləşməsini qeyd edəcəyik.



"Bu vəsaitin ayırılması İran üçün fərq eləməz"

- Yeri gəlmişkən, rəsmi Tehran Urmu gölünün qurumasının qarşısının alınması üçün Azərbaycan müraciət edib.

- Bilirsiniz ki, beynəlxalq təşkilatlar da Urmu gölünün qurumasının qarşısını almaq üçün vəsait ayırıblar. Amma mən o vaxt bildirmişdim ki, bu vəsaitin ayırılması İran hökuməti üçün fərq eləməz. Çünki onlar başqa məqsədlər, istiqamətlər üçün də pullar ayırırlar. İran faktiki olaraq bəyanatlar yaymaqdan başqa davamlı bir iş görmür. Əgər konkret addımlar atarsa, Azərbaycan dövləti onsuz da mütəmadi olaraq Güneydəki soydaşlarımıza sahib çıxması ilə bağlı hər şeyə hazır olduğunu bildirib. Və adekvat addımlar atmağa da hazırdır. Konkret, detallı müraciət olmadığı üçün o, bəyanat səviyyəsində qalıb. Bəyanata bəyanatla cavab verirlər. Sadəcə, çağırış olub və bizimkilər də hə cavabı veriblər. Amma konkret addımlar olarsa, bizim tərəfin də addım atacağına heç şübhəm yoxdur. Lakin yenə qeyd edirəm ki, beynəlxalq strukturların ayırdıqları vəsait, İranın özünün vəsaiti ilə Urmu gölü problemi həll olunmalıdır. İsfahan bir neçə il əvvəl xarabazar şəhər idi, amma indi İranın ən gözəl yaşayış məskənlərindən biridir. Lakin Güney Azərbaycanın və İran adlanan imperiyanın ən gözəl şəhəri sayılan Təbriz İsfahanla müqayisədə 10-15 dəfə geri qalır. Çünki Azərbaycan şəhərlərinə investisiya yatırmırlar, onun inkişafı ilə məşğul olmurlar, əksinə, yaşayış məskənlərimizin adlarını dəyişirlər. Ostanların adlarından Azərbaycan sözlərini götürməyə cəhd göstərirlər və onlara şəhər adlarını verirlər. Və oranın bütöv Azərbaycan torağı olduğunu unutdurmağa çalışırlar. Amma mənə elə gəlir, İran rejimi tərəfindən nümayiş etdirilən bu cür cığal davranışlar bir şeyi dəyişməz, artıq onların maskaları cırılıb, mahiyyətləri ortadadır.

- Ümumilikdə bu müraciətin kökündə nə dayanır?

- Əgər Urmu gölü ilə bağlı bir tədbir görüləcəksə, biz ilk öncə qonşu dövlət olaraq buna dəstək verməliyik. Çünki hesab edirik ki, qonşumuzda baş verən ekoloji fəlakətin qarşısı alınmalıdır. Bu cür problemlər bir ölkənin fəlakəti sayılmaz. Onlar beynəlxalq, bəşəri təhlükələrdir, aradan qaldırmaq lazımdır. İran rejimi tərəfindən Urmu gölünün süni şəkildə qurudulması təkcə demoqrafik vəziyyətin dəyişilməsinə, Azərbaycan türklərinin köçürülməsinə xidmət etmir. Həm də digər məqsədlərə yönəlib. Gələcəkdə Şimali Azərbaycanın bura təsiri mütləq olacaq. Buna görə də, Azərbaycan dövləti qonşu ölkə olaraq da ora, sahib çıxmağa hazırdır. Biz qonşularımızlda sıfır problemi ilə siyasət yürütmüşük. Çalışmışıq ki, ətrafımızda normal şərait, mühit olsun. İkincisi, həmin ərazilərdə soydaşlarımız yaşayır, ora bizim öz torpağımızdır. Problemi aradan qaldırmaq lazımdır. Urmu gölü bizim milli sərvətlərimizdən biridir. Bu, bir üzükdürsə, ora üzüyün qaşıdır. Azərbaycan həmişə xoşməramlı missiyasını yerinə yetirib. Qonşu ölkə Türkiyədə zəlzələ olanda, hətta İsraildə yanğınlar baş verəndə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi əsas heyəti ilə ora köməyə getdi. Hətta Türkiyədən bizə "sizin nə qədər vəsaitiniz var?" - deyə soruşulanda bizim ölkəmizin cavabı o oldu ki, "hər nə qədər vəsaitimiz varsa, yarısı sizindir". Eyni yanaşma Güney Azərbaycan türklərinə də aiddir.



"Cəmiyyət bütövlükdə buna hazır olmalıdır"

- "Diffamasiya haqqında qanunun yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

- Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti bütövlükdə buna hazır olmalıdır. Təkcə hakimiyyət buna hazır deyil - deyə çağırışlar var idi. Amma son dönəmdə aydın oldu ki, jurnalistlərimiz və cəmiyyət də buna hazır deyil. Yəni bəzən bundan sui-istifadə olunaraq insanlarımızın, təşkilatlarımızın təhqir olunması olacaqsa, o, qanunu gözdən salmağa xidmət edəcək. Yəni qanun qəbul eləmək naminə qanun qəbul eləmək lazım deyil. Yalnız Avropada bu var və biz də qəbul eləyək prinsipi olmamalıdır. Əgər doğrudan da istəyiriksə, Azərbaycanda söz azadlığı, mətbuatın müstəqil olsun, tənqid mövcud olsun, tənqid olunanların öz səhvlərindən geri çəkilsinlər, tənqidlərlə yanaşı insanların şəxsiyyətləri qorunsun - bu baxımdan həmin qanunun əhəmiyyəti var. Ancaq bu kamilləşmə jurnalistlər arasında da getməlidir. Siyasət adamları arasında da, hər tərəfdə getməlidir ki, qanuna əməl olunsun. Azərbaycanda qanunçuluq çox yüksək səviyyədədir, gözəl qanunlarımız var. Təəssüflə qeyd edirəm ki, bir çox sahələrdə qanunlarımızın olmasına baxmayaraq, onların icra olunmadığı kimi, əgər cəmiyyət, xüsusən də jurnalistlər buna hazır olmasalar, həmin qanunun gerçək şəkildə gözlənilən səviyyədə işlək vəziyyətə gətirilməsi də sual altında olacaq.

Anar Tağıyev "Gündəlik Bakı" qəzeti

Geri dön