Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmişlidə obyektdə baş verən yanğın söndürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İmişlidə obyektdə baş verən yanğın söndürülüb

İmişlidə obyektdə baş verən yanğın söndürülüb


İmişlidə yanğın hadisəsi qeydə alınıb. Hadisə nəticəsində iki mərtəbəli çay evinin üst mərtəbəsi əşyaları ilə birlikdə yanaraq kül olub.

Yanğın hadisəsi İmişli rayon sakini Mənsimov Müşfiq Cəmil oğluna məxsus çayxanada qeydə alınıb. Ümumi sahəsi 360 kvadratmetr olan iki mərtəbəli binada qeydə alınan yanğının söndürülməsi üçün İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Alov söndürələrək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Binanın 1-ci mərtəbəsi yanğından mühafizə edilib. Fakt araşdırılır.

Geri dön