Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ülviyyə Ağayeva: Dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ülviyyə Ağayeva: Dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır

Ülviyyə Ağayeva: Dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır


Azərbaycanda prioritet məsələlərdən biri və dövlətimizin iqtisadi siyasətinin əsas istiqaməti regionların inkişafıdır. Bunu Prezident İlham Əliyevin regionların inkişafına yetirdiyi xüsusi diqqəti bir daha sübut edir. Dövlət başçısı rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşdırılması ilə dərhal, yerində tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər edir, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsinə şəxsən nəzarət edir. Bu, xüsusilə indiki dövrdə, ölkəmizin 44 günlük Vətən müharibəsindən çıxdıqdan sonra daha da böyük aktuallıq kəsb etmiş olur.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.

Deputat qeyd edib ki, bir tərəfdən, ümumiyyətlə, bütün dövlət üzrə bölgələrimizin iqtisadi inkişafı istiqamətində fəaliyyət göstərilir, tədbirlər həyata keçirilir, şəhər və rayonların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi, digər tərəfdən isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsi dövlətin iqtisadi inkişafa xüsusi önəm verməsinin göstəricisidir.

“Xüsusən gənc nəslin sağlam həyat tərzinə, tərbiyəsinə və idmanın inkişafına xüsusi önəm verən dövlət başçısı bölgələrə səfərləri zamanı hər bir yaşayış ərazisində müasir tələblərə cavab verən, müasir idman qurğuları ilə təchiz olunmuş idman komplekslərinin tikilməsinə, əhalinin istifadəsinə verilməsinə diqqət yetirir. İyulun 22-də də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak etdikdən sonra Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak etmiş, yenə də kompleksin tələblərə nə dərəcədə cavab verdiyini şəxsən yoxlamışdır. Demək olar ki, müharibə bölgəsində olmayan bütün rayonlarımızda idman kompleksləri əhalinin xidmətinə verilmişdir, ümumilikdə, bu gün Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir və ümidvarıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə də belə müasir infrastrukturlar qurulacaq və doğma torpaqlarına qayıdan əhali burada həmin sahələrdən yetərincə istifadə edə biləcək. Eyni zamanda, Azərbaycanın ərazisi və təbiətinin xüsusiyyətləri nəzərə alınaraq, bütün ölkə ərazisində eko turizm, tibbi turizmin də inkişaf etdirilməsi sahəsində işlər davam edir. Naftalan şəhəri artıq turizm mərkəzlərindən birinə çevrilmişdir, onun sanatoriyalarının faydası ölkəmizin hüdudlarından kənarda da tanınmaqda və etiraf edilməkdədir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır, buraya həm gəzməyə, həm də müalicə almağa gəlməyə hazırlaşan turistlər üçün müvafiq şərait yaradılır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

O əlavə edib ki, son illər bütün dünyada baş verən iqtisadi dəyişikliklərlə əlaqədar olaraq, ölkəmizdə də qeyri-neft sektorunun inkişafı ön plana keçməkdədir və turizm də qeyri-neft sektoru vasitəsilə ölkənin iqtisadiyyatına böyük fayda verir: “Ölkəmizin ərazi quruluşu qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesinin də xüsusi perspektivləri olduğunu göstərir. Bu mənada Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməkdədir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş torpaqlarımız da belə zəngin yataqlara malikdir, deməli, tədricən həmin ərazilərimizin iqtisadi inkişafı bərpa edildikcə ölkəmizin iqtisadi potensialına da xeyli fayda veriləcək. Həm əhalinin öz ata-baba yurdlarına qayıtmaq və orada tam rahatlıqla, müasir tələblərə cavab verən həyat şəraiti ilə təmin olunaraq yaşaması məqsədilə bu ərazilərin dirçəldilməsi işlərinə xüsusi önəm verilir, həm də bu ərazilər qeyri-neft sektoru kimi inkişaf etdirilərək ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir və ümidvarıq ki, tezliklə biz bu bölgələrimizə rahatlıqla səyahət edəcək və qonaqlarımızı da buraya dəvət edə biləcəyik”.

Geri dön