Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə çatıb.

FHN-dən bildirilib ki, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıb.

Geri dön