Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Chessable Masters": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Chessable Masters": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

“Chessable Masters": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - “Chessable Masters" keçirilir.

Şəhriyar Məmmədyarov ilkin mərhələnin son turunda Aryan Tari ilə heç-heçə edib. O, 9 xalla 7-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovdan başqa ABŞ təmsilçiləri Uesli So, Hikaru Nakamura, Fransa təmsilçisi Alireza Firuzca, rusiyalı Vladislav Artemiyev, vyetnamlı Le Quan Liyem, niderlandlı Jorden Van Forrest, ermənistanlı Levon Aronyan da pley-offa vəsiqə əldə ediblər.

Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

Geri dön