Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın yeni seçilən prezidentinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın yeni seçilən prezidentinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək

İranın yeni seçilən prezidentinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək


İranın yeni seçilən prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.

Bu barədə məlumatı İran İslam Şurası Məclisinin (Parlamentin) idarə heyətinin nümayəndəsi Nizaməddin Müsəvi verib. O bildirib ki, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq. Artıq 10 dövlətin prezidenti mərasimdə iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri qatılacaqlar. Bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibi, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər.

Geri dön