Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020”yə uğursuz start verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020”yə uğursuz start verib

Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020”yə uğursuz start verib


Yunan-Roma güləşçimiz İslam Abbasov “Tokio-2020” Yay Olimpiya Oyunlarına uğursuz start verib.

87 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşıb və xalçadan məğlub ayrılıb.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Geri dön