Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliyanın “Qantas” aviaşirkəti 2,5 min əməkdaşını əmək haqqı ödəmədən məzuniyyətə göndərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Avstraliyanın “Qantas” aviaşirkəti 2,5 min əməkdaşını əmək haqqı ödəmədən məzuniyyətə göndərəcək

Avstraliyanın “Qantas” aviaşirkəti 2,5 min əməkdaşını əmək haqqı ödəmədən məzuniyyətə göndərəcək


Avstraliyanın böyük “Qantas” aviaşirkəti 2,5 min əməkdaşını koronavirus pandemiyası ilə əlaqədar 2 ay müddətinə əmək haqqı ödəmədən məzuniyyətə göndərəcək.

Bu barədə avqustun 3-də aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Qeyd edilir ki, tətbiq edilən ödənişsiz məzuniyyət Avstraliyanın bir sıra ştatlarının tətbiq etdiyi sanitar məhdudiyyətlər səbəbindən uçuşların azalması ilə əlaqədardır. Uçuşlar bərpa edildikdən sonra əməkdaşların hamısı öz işlərinə qayıdacaq.

Məsələni şərh edən “Qantas”ın baş direktoru Alan Coys bildirib ki, iyunun sonlarından bir neçə ştatın administrativ sərhədləri bağlaması səbəbindən minlərlə reys ləğv olunub. Üç regionda tətbiq edilən məhdudiyyətlərə görə daxili aviareyslərin təqribən 60 faizi ixtisar olunub.

Qeyd edək ki, pandemiya başlayandan Avstraliyada 34 611 nəfər koronavirusa yoluxub, onlardan 924 nəfəri həyatını itirib. Fevralın sonlarından ölkə ərazisində vaksinasiyaya start verilib. Vaksinin ilk dozasını artıq 12,3 milyon (əhalinin təqribən 50 faizi), hər iki dozasını isə 3,9 milyon nəfər (təqribən 15 faiz) alıb.

Geri dön