Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Geri dön