Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Özünü kəşf et” adlı ustad dərsləri davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Özünü kəşf et” adlı ustad dərsləri davam edir

“Özünü kəşf et” adlı ustad dərsləri davam edir


Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Bu ay ilk dərs bu gün Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olacaq. Eyni zamanda, növbəti dərs avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək. Avqust ayı ərzində sonuncu dərs 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

Geri dön