Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağsu rayonunda yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ağsu rayonunda yanğın baş verib

Ağsu rayonunda yanğın baş verib


Ağsu rayonundakı Gəgəli kəndinin şimal-qərbində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

Hadisə ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəlib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da dəstək verir.

Geri dön