Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kitabxana əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Kitabxana əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar

Kitabxana əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş igid oğullarımızın Üçüncü Fəxri xiyabandakı məzarlarını ziyarət ediblər.

Kitabxanadan bildirilib ki, kitabxana əməkdaşları hər bir şəhidi ayrı-ayrılıqda yad edib, onların döyüş yollarından və qəhrəmanlıqlarından danışıblar.

Vətən müharibəsi böyük Qələbəmizin ən şanlı səhifələrindən biridir. Ölməz şəhidlərin ruhlarını yad etmək hər bir kəsin vətəndaşlıq borcudur.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada şəhidlərə və Milli qəhrəmanlara həsr olunmuş guşələr yaradılıb, kitab sərgiləri təşkil olunub. Mərkəzi Kitabxanada “Tarix yazan igidlərimiz” layihəsi həyata keçirilir. Layihə əsasında şəhidlərə həsr olunmuş videoçarxlar və informasiya məktubları hazırlanır və oxuculara təqdim edilir, layihə əsasında tanıdılan hər bir şəhid ailəsi ilə əlaqə saxlanılır və şəhidin həyat yolu işıqlandırılır.

Kitabxananın əməkdaşları qeyd ediblər ki, hər bir şəhid bizim qürur mənbəyimizdir. Şəhidlərin məzarları önündə Qarabağ və Vətən haqqında şeirlər səsləndirilib.

Geri dön