Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tacikistan, Özbəkistan, Rusiya Əfqanıstan sərhədi yaxınlığında birgə təlimlərə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Tacikistan, Özbəkistan, Rusiya Əfqanıstan sərhədi yaxınlığında birgə təlimlərə başlayıb

Tacikistan, Özbəkistan, Rusiya Əfqanıstan sərhədi yaxınlığında birgə təlimlərə başlayıb


Əfqanıstan sərhədi yaxınlığında yerləşən Harb-Maydon poliqonunda Tacikistan, Özbəkistan və Rusiya birgə təlimlərə başlayıb.

Rusiya KİV-inə istinadla xəbər verir ki, təlimlərdə hərbi təcrübənin yoxlanılması, qoşunların istifadəsinin optimal formalarının tətbiq olunması və hərbi əməliyyatların aparılmasına ümumi yanaşmanın işlənib hazırlanması planlaşdırılır.

Avqustun 5-dən 10-dək davam edəcək təlimlərə təxminən 2,5 min hərbi qulluqçu, 500-ə yaxın silah və texnika cəlb olunacaq.

Hərbi təlimlər Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqədar hökumət qüvvələri ilə “Taliban” hərəkatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda keçirilir. Son aylar ölkənin kənd rayonlarında xeyli əraziyə nəzarəti ələ keçirən taliblər iri şəhərlər uğrunda döyüşlərə başlayıb.

Geri dön