Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununda qalib müəyyənləşməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununda qalib müəyyənləşməyib


Avqustun 5-də Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Kiprdə AEL-in qonağı olub.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar. Kipr təmsilçisinin heyətində isə meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.

İsveçli baş hakim Qlenn Nyuberqin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 69-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Stefan Şcepoviç penaltidən fərqlənməklə komandasını hesabda önə çıxarıb. Görüşün 93-cü dəqiqəsində Ağdam klubunun heyətində Abdullah Zubir adını tabloya yazdırıb.

"Qarabağ"ın qolundan sonra oyunda xoşagəlməz hadisə yaşanıb. Arenaya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazlarını bildiriblər. Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb. Oyun bir neçə dəqiqədən sonra bərpa olunub. “Qarabağ”ın cavab qolundan sonra dayandırılan görüş qaldığı yerdən davam etdirilib və hesab dəyişməyib.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda təşkil olunacaq.

Qeyd edək ki, “Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

“Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Geri dön