Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə COVID-19-a yoluxma halları iki dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Türkiyədə COVID-19-a yoluxma halları iki dəfə artıb

Türkiyədə COVID-19-a yoluxma halları iki dəfə artıb


Son günlər Türkiyədə COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarında artım müşahidə edilir.

Ölkənin Səhiyyə Nazirliyinin son göstəricilərinə əsasən, yoluxma halları 60 vilayətdə iki dəfəyədək artıb. Ölkənin Tunceli və Bartın vilayətlərində isə bu rəqəm dörd dəfə çoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndlənmənin məcburi hala gətirilməsinin tərəfdarı olmadığını bildirib. Səhiyyə naziri Fahrettin Koca isə yoluxma hallarının artacağı təqdirdə yeni qərarlar qəbul edilə biləcəyini deyib. Bildirilib ki, əhalinin sıx toplandığı, yan-yana oturduğu yerlərə daxil olmaq üçün peyvəndlənmək istənməyən şəxslərdən PCR (COVID-19) testi tələb oluna bilər. Vaksinasiya olunmayan şəxslər iki gün ara ilə dövlət xəstəxanalarında PCR testindən keçə biləcəklər. Mütəxəssislər bunun əhalinin sağlamlığı və ölkə daxilində xəstəliyin yayılmasının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Hazırda ölkədə 75 milyona yaxın insana COVID-19 peyvəndi vurulub. İkinci doza vurulanların sayı isə 28 milyondan çoxdur.

Geri dön