Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeniyetmə şahmatçılarımız dünya kubokunun finalına vəsiqə qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Yeniyetmə şahmatçılarımız dünya kubokunun finalına vəsiqə qazanıblar

Yeniyetmə şahmatçılarımız dünya kubokunun finalına vəsiqə qazanıblar


Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir.

10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

Artıq on yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On turdan sonra 10 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kubokunun final mərhələsi keçiriləcək.

Geri dön