Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək

Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək


Avropa İttifaqı (Aİ) Qazaxıstanda quraqlıqdan zərər çəkənlərə dəstək olmaq üçün 200 min avro humanitar maliyyə yardımı ayıracaq.

Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən verilən məlumata görə, Mangistau və Türküstanın quraqlıqdan ən çox təsirlənmiş bölgələrində təxminən 6 min adam yardım alacaq. Avropa İttifaqı quraqlıq nəticəsində dolanışıq və qida qaynaqlarının itirilməsindən sonra gündəlik ehtiyaclarını ödəmək üçün ən çox zərər çəkənlərə Qazaxıstanın Qızıl Aypara Cəmiyyəti tərəfindən təcili yardımın göstərilməsini dəstəkləyir.

Qeyd edək ki, bu yay güclü istilər üzündən Qazaxıstanda təbii su hövzələri və otlaqlar quruyub. Bir çox rayonlarda heyvanlar aclıqdan həlak olub. Quraqlıq, gəlir mənbəyi tamamilə heyvandarlıqdan asılı olan ölkədə təxminən 70 min insana təsir edib.

Geri dön