Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmənistanda Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkmənistanda Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı keçirilir

Türkmənistanda Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı keçirilir


Avqustun 6-da Türkmənistanın milli turizm zonası sayılan “Avaza”da Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısı işə başlayıb.

Toplantı çərçivəsində bir sıra iri regional tədbirlər, iqtisadi forum, region ölkələrinin qadın liderlərinin ilk dialoqu, Mərkəzi Asiya ölkələrinin beynəlxalq məhsul və ənənəvi yeməklər sərgisi, həmçinin mədəniyyət və incəsənət ustalarının bayram konserti keçiriləcək. İki gün davam edəcək sərgidə iştirakçı ölkələrin 250-dən çox eksponatının təqdimatları təşkil olunacaq.

Həmçinin toplantıda bir sıra ikitərəfli görüşlər keçiriləcək və ortaq sənədlər imzalanacaq.

Qeyd edək ki, daha əvvəl Mərkəzi Asiya ölkələri başçılarının üçüncü görüşünün keçən il Qırğızıstanda keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası səbəbindən görüş 2021-ci ilə təxirə salınıb. Ötən ilin oktyabr ayında Prezident Qurbanqulu Berdiməhəmmədov Mərkəzi Asiya ölkə başçılarının məşvərət toplantısının Türkmənistanda keçirilməsini təklif edib.

Xatırladaq ki, Mərkəzi Asiya ölkə başçılarının birinci Zirvə görüşü 2018-ci ildə Nur-Sultanda, ikincisi 2019-cu ildə Özbəkistanın paytaxtında keçirilib.

Geri dön