Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək


İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtının müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Seçki Komissiyasının qərarına əsasən, İctimai şuraya seçkilər avqustun 21-də saat 12:00-dan 14:00-dək “İqtisadi Elmi Tədqiqat İnstitutu”nun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-dək təmsilçiləri (1 nəfər olmaqla) haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) “ictimaishura@economy.gov.az” elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.

Geri dön