Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaradağda sel fəlakəti: Yollar, körpülər dağıldı, ölənlər var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qaradağda sel fəlakəti: Yollar, körpülər dağıldı, ölənlər var

Qaradağda sel fəlakəti: Yollar, körpülər dağıldı, ölənlər var


Avqustun 8-i, günortadan sonra başlayan şiddətli yağış Kəleybər şəhəri və çevrə kəndlərində ciddi dağıntılara səbəb olub.

Daşqınlar bölgənin yol-nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Su təsisatı, yollar, körpülər, elektrik və qaz xətləri sıradan çıxıb.

Dağıntıların Mottallıq, Selin və Peyğam kəndləri də daxil olmaqla 5 kənddə daha çox olduğu bildirilir. Əkin, bağ və heyvandarlıq sahələri məhv olub, çox sayda avtomobil, yük maşını və kənd təsərrüfatı texnikasını sel aparıb.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 13, 15, 60 yaşlı üç nəfər həyatını itirib, 2 nəfər itkin düşüb.

Onun sözlərinə görə itkin düşən şəxslərin axarışı ilə bağlı xüsusi xilasetmə dəstələri bölgəyə cəlb olunub, axtarışlar davam edir.

Geri dön