Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürdəmirdə uzunluğu 13 kilometr olan avtomobil yolu yenidən qurulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Kürdəmirdə uzunluğu 13 kilometr olan avtomobil yolu yenidən qurulur

Kürdəmirdə uzunluğu 13 kilometr olan avtomobil yolu yenidən qurulur


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda başlanğıcını Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrindən götürən və 13 kilometr uzunluğu malik Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Kürdəmir rayonunda 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq qeyd olunan problem aradan qaldırılır, yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.

Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində işlər görülür. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlər 80 min kvadratmetrdən çox ərazini əhatə edəcək.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur.

Həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək.

Bu tədbirlərin icrası, ilk növbədə, Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edərək, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradacaq.

Geri dön