Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muğla sakini: Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Muğla sakini: Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar

Muğla sakini: Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar


Yanğınlar hər tərəfdən hücum etdi. Evlərimizi, tarlalarımızı, bağçalarımızı qorumaq üçün mübarizə etdik. Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar.

Bu fikirləri Muğla vilayətinin Köycəğiz rayonunun, Pınar məhəllə sakini İhsan Akat bildirib.

Dağlıq ərazilərdəki meşə yanğınlarına müdaxilənin çətinliklərindən bəhs edən sakin vurğulayıb ki, qabaqlayıcı tədbirlər olmasaydı bölgədə daha böyük fəlakətlər yaşanardı.

Qeyd edək ki, Azərbaycan yanğınsöndürənlərinin böyük bir qrupu texnika ilə birlikdə Muğla vilayətinin Köycəğiz rayonu ərazisində alovların söndürülməsi və yaşayış sahələrinin mühafizəsi işlərinə cəlb olunub, böyük fədakarlıq göstəriblər.

Geri dön