Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin ilə Litva arasında diplomatik gərginlik yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Çin ilə Litva arasında diplomatik gərginlik yaranıb

Çin ilə Litva arasında diplomatik gərginlik yaranıb


Çin Xalq Respublikası (ÇXR) Tayvan məsələsinə görə Litvadakı səfirini geri çağırı

Bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Çinin xarici siyasət idarəsi Litvadan da Pekindəki səfirini geri çağırmağı istəyib.

Rəsmi Pekinin belə qərar qəbul etməsinə Çinin çoxsaylı bəyanatlarına baxmayaraq Litvanın Tayvan “hökumətinə” Litvada nümayəndəlik ofisi açmaq üçün icazə verməsi səbəb olub. Litvanın bu qərarına sərt etiraz edən Çin tərəfi həmin addımın iki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında bəyannaməyə zidd olduğunu, habelə Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə şübhə altına aldığını düşünür.

“Biz Litva tərəfindən yanlış qərarını dərhal düzəltməyi, bu addımın mənfi nəticələrinin aradan qaldırılması üçün konkret tədbirlər görməyi və bir daha səhv yolda getməməsini istəyirik”, - deyə Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında bildirilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.

Geri dön