Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəzvində yoluxma kəskin artdı: Xəstəxanalarında çarpayı qıtlığı yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəzvində yoluxma kəskin artdı: Xəstəxanalarında çarpayı qıtlığı yaranıb

Qəzvində yoluxma kəskin artdı: Xəstəxanalarında çarpayı qıtlığı yaranıb


Onun sözlərinə görə, Qəzvin şəhərində və əyalətinin bir sıra bölgələrində çarpayı çatışmazlığı üzündən "korona" xəstələri dəhlizlərdə yerləşdirilir.

Bununla bağlı sosial mediada yayılan görüntülərə münasibət bildirən Qəzvin Tibb Elmləri Universitetinin rektoru Peyman Namdar bildirib ki, əyalət xəstəxanalarında 700 çarpayı COVİD-19 xəstələri üçün nəzərdə tutulub.

Ancaq xəstə sayı günü-gündən artır və hazırda xəstəxanalarda 740 koronavirus xəstəsi yerləşdirilib.

"Xəstələrin və yaxınlarının israrı ilə onları qəbul edirik. Lakin çarpayı olmadığı üçün viruslu xəstələri dəhlizlərdə yerdə yatırmağa məcbur oluruq"-deyə, o bildirib.

P.Namdar qeyd edib ki, son həftələr ərzində yoluxma sayı çoxalıb və belə davam edərsə daha ciddi çətinliklər ortaya çıxacaq, ölüm və yoluxma hallarının qarşısını almaqda çətinliklər yaşanacaq.

Qeyd edək ki, son 24 saatda Qəzvində daha 666 nəfərdə COVİD-19 virusu aşkar edilib. Onlardan 260 xəstə tibb məntəqələrinə qəbil edilib.

Hazırda əyalət xəstəxanalarında müalicə alan koronavirus xəstələrinin sayı 747 nəfərə çatıb. Onlardan 36 nəfər süni tənəffüs aparatlarına qoşulub.

Ötən sutka daha 6 xəstənin dünyasını dəyişməsilə bu günə kimi Qəzvində koronavirus qurbanlarının sayı 1939 nəfərə çatıb.

Geri dön