Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə

Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq 2021-ci il iyulun 17-də təhvil verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından bu günədək 1803 istifadəçi tərəfindən 2502 dəfə istifadə edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Elektron İmza” (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 2021-ci il avqustun 16-da saat 00:00-dək aktiv olacaq.

Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı cari il avqustun 17-də saat 11:00-da başlayacaq və avqustun 24-də saat 11:00-dək davam edəcək.

Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək və ya Bakı şəhərində yerləşən 1 saylı “ASAN Kommunal”, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt və Gəncə şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Güzəştli mənzil” pəncərələrinə yaxınlaşaraq xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.

Geri dön