Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Perunun Baş prokurorluğu hökumət başçısının fəaliyyətini yoxlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Perunun Baş prokurorluğu hökumət başçısının fəaliyyətini yoxlayır

Perunun Baş prokurorluğu hökumət başçısının fəaliyyətini yoxlayır


Perunun Baş prokurorluğu ölkə hökumətinin sədri Hido Belido Uqarteni terrorizmdə iştirakda şübhəli bilir.

Xarici KİV-ə istinadla xəbər verir ki, təhqiqat terrorizm və bəşəriyyət əleyhinə cinayətlər üzrə xüsusi prokurorluq tərəfindən başladılıb.

Peru Prezidenti Pedro Kastilyonun da üzv olduğu sol radikal “Azad Peru” partiyasının lideri Vladimir Serron da təhqiqatın fiqurantı olub. Təhqiqat siyasətçilərin radikal solçu terror təşkilatı “Sendero luminoso” ilə əlaqələri barədə may ayında KİV-də dərc olunan məqalələrlə bağlı başlayıb. Prokurorluq təhqiqat çərçivəsində Hido Belido Uqarte və Vladimir Serronu dindirməyi planlaşdırır.

Qeyd edək ki, 1980-ci ildən bəri Peruda “Sendero luminoso” təşkilatının terror aktları nəticəsində 30 mindən çox insan ölüb, ölkəyə 25 milyard dollar məbləğində maddi zərər dəyib. Təşkilat 1992-ci ilin sentyabrında lideri Abimael Qusmanın həbsindən sonra təsir gücünü itirməyə başlayıb. Son illərdə kiçik ekstremist qruplar Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumlarını davam etdirib. “Sendero luminoso” təşkilatının hücumlarından biri də may ayının sonunda 14 mülki şəxsin ölümü ilə nəticələnib. Qanlı qisas Pedro Kastilyonun qalib gəldiyi prezident seçkilərinin ikinci turundan iki həftə öncə Kusko departamentində baş verib.

Hido Belido Uqarte və Vladimir Serron bundan öncə çirkli pulların yuyulması və seçkiöncəsi kampaniyanın qanunsuz maliyyələşdirilməsi barədə cinayət işinin fiqurantları olub.

Geri dön