Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid hərbi həkim Adil Əfəndiyev haqqında videoçarx hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Şəhid hərbi həkim Adil Əfəndiyev haqqında videoçarx hazırlanıb

Şəhid hərbi həkim Adil Əfəndiyev haqqında videoçarx hazırlanıb


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ü.Zeynalova Qazaxın ilk şəhid-həkimi Adil Əfəndiyev haqqında videoçarx hazırlayıb.

Baş İdarədən bildirilib ki, videoçarxda şəhidlik zirvəsinə ucalan hərbi həkim leytenant Adil Əfəndiyev haqqında geniş məlumatlar yer alıb.

Bildirilir ki, 44 gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirib. Neçə-neçə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi olublar. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biridir.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə başlayıb. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub. 2018-ci ildə isə universiteti bitirib təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Videoçarxla kitabxananın feysbuk və instaqram səhifələrindən tanış ola bilərsiniz.

Geri dön