Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Tacikistana 50 min doza “Sputnik V” vaksini göndərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Rusiya Tacikistana 50 min doza “Sputnik V” vaksini göndərib

Rusiya Tacikistana 50 min doza “Sputnik V” vaksini göndərib


Bu gün Rusiya Tacikistana COVID-19-la mübarizə tədbirləri çərçivəsində humanitar yardım məqsədilə 50 min doza “Sputnik V” vaksini göndərib.

Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən ayın sonunda Çin Xalq Respublikasından Tacikistana humanitar yardım kimi 2 milyon doza “CoronaVaс” və Amerika Birləşmiş Ştatlarından 1,5 milyon doza “Moderna” vaksini göndərilib.

Azərbaycan isə Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib.

Bu il Tacikistan əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon nəfərin peyvənd edilməsi nəzərdə tutulur.

Geri dön